Work & Travel
Dünyanın ən inkişaf etmiş bölgəsi olan Avropa ölkələrində insanlar daim səyahət etməklə biliklərini, dünya görüşlərini inkişaf etdirirlər. Bu kimi ekskursiyalar təkcə, Avropa ölkələrində deyil, digər ölkələrdə, həmçinin Azərbaycanda da buna şərait yaradılıb. “ADA Inter" şirkəti sizi arzularınıza çatdırmaq üçün çalışır. Work and Travel proqramı Amerika Dövlətinin rəsmi icazəsiylə hər il həyata keçirilir və dəstəklənir. Bu proqram vasitəsi ilə Amerikada yay tətilinizi səmərəli və faydalı keçirə biləcək, dil biliklərinizi inkişaf etdirəcək, dünyanın dörd bir yanından olan tələbələrlə dostluq əlaqələri qura biləcəksiniz.
Azərbaycan isə 2004-cü ildən etibarən bu proqrama qoşularaq ABŞ-a tələbə göndərməyə başladı. Xarici passportunuz olmalı və sağlamlıq arayışı sənədi sizdən qəbul üçün tələb olunacaqdır.
Work and Travel USA proqramına qatılmaq üçün ciddi şərtlər tələb olunmadığından, dünyanın hər bir yerindən, hər il təxminən 150.000 tələb iştirak edir. Proqram üçün tələb olunan ən önəmli şərt, iştirakçının tələbə və 18-25 yaş aralığında olmasıdır.Proqramda yalnız əyani şöbədə oxuyan tələbələr yararlana bilər.Digər bir şərt isə,tələbənin orta səviyyədə ingilis dilini bilməsi hesab olunur.
Bu əsasən tələbələrin Amerika Birləşmiş Ştatlarında öz fikirlərini sərbəst ifadə etməsi üçün lazımdır. Siz bu proqram vasitəsi ilə dil biliklərinizi inkişaf etdirə, pul qazana və ən vacibi isə olmaq istədiyiniz əyalət seçərək səhayət edə bilərsiniz. Əgər tələbənin yaşı 18dən azdırsa valideyn icazəsi olmalıdır.
Tələbə müsahibədən uğurla keçdiyi halda o ABŞ-in Azərbaycandakı Səfirliyində görüş olur və müsbət cavab verilirsə tələbəyə viza verilir və bu halda o proqrama qatıla bilir. Səfirlik isə burada tələbənin valideynlərinin maddi vəziyyətinin nə dərəcdə olduğuna diqqət edir.