Duolingo dünyanın məşhur dil öyrənmə platformasıdır.
Duolingo dünyanın məşhur dil öyrənmə platformasıdır və 300 mindən çox istifadəçisi vardır. Xarici universitetlərdə oxumaq istəyən tələbələr ingilis dili biliklərini yoxlamaq üçün Duolingo imtahanını verməlidirlər.
-
Yazılı test (həqiqi sözlər)
Bu tapşırıqda mətndə həqiqi və ya uydurma sözlər verilir. Tələbə diqqətli olmalı, yalnız həqiqi sözləri seçib yazmalıdır.
-
Audio test
Tələbə burada səssiz bir otaqda sözlərə diqqətlə zaman dairəsində qulaq asmalı, yalnız həqiqi sözləri yazmalıdır. Tələbənin cümləni 3 dəfə dinləmə haqqı var.
-
Paraqrafdakı sözləri tamamla testi
Testin məğzi paraqrafdakı boş yerləri həqiqi sözlərlə tamamlamaqdır. Bu testdə tələbənin söz və qrammatik bazası yoxlanılır.
-
Verilmiş sözləri tələffüz etmə testi
Burada isə tələbənin sözləri düzgün tələffüz etməsi yoxlanılır. Tələffüz zamanı intonasiya və vurğunu dəqiq, yerində, sözlərdə bəzi hecaları uzun, bəzilərini isə qısa tələffüz etməlidir.